Vitse-spiker Ziyafət Əsgərov Araz Əlizadəyə təpindi: “Qaldırdığın məsələnin heç bir aidiyyatı yoxdur”

  • By admin
  • 14 İyun 2016 17:25

скачанные файлы

 

HTML tutorial

Vitse-spiker Ziyafət Əsgərov Araz Əlizadəyə təpindi: Qaldırdığın məsələnin mövzuya heç bir aidiyyatı yoxdur

 

Vitse-spiker millət vəkilini aidiyyat olmayan məsələ qaldırmaqda qınadı. Gununsesi.info xəbər verir ki, Milli Məclisin iyunun 14-də keçirilən iclasında Vergilər Məcəlləsinin müzakirəsi zamanı millət vəkili Araz Əlizadə növbəti dəfə çap KİV-lərinə ƏDV-nin ləğv edilməsi məsləsini qaldırdı. “Bildirdi ki, zamanında prezident Heydər Əliyev və indi də prezident İlham Əliyev KİV-lərə yetərincə yardm edir və onların dövlətə olan borclarını silib. Bu gün qəzetlərin maddi durumu çətin olduğundan onlara ƏDV tətəbiq edilir.Tətbiq edilən ƏDV-nin həcçi isə elə də böyük miqdarda deyil, təqribən 150 min manat edir və bu da dövlət üçün elə çətinlik yaratmır. Və odur ki, bu məsələyə baxıb problemi həll etmək lazımdır.” Virtse-spiker isə onun çıxışına etiraz edərək bildirdi ki, Araz bəy sizin bu çıxışınızn ümumiyyətlə müzakirə olunan məsələyə heç bir aidiyyatı yoxdur. “Siz yeri gəldi gəlmədi daimi bu məsələni qaldırırsınız. Əgər parlamentdə KİV haqqında qanun müzakirə edilərsə, o zaman bu məsələni qaldırın və təklifinizə baxılsın. Ancaq bunun bugünükü müzakirələr heç bir aidiyyatı yoxdur”,- deyə bildirdi.

 

Mürtəza