Məlum olduğu kimi, ABŞ Senatının və Nümayəndələr Palatasının 96 üzvündən ibarət ikipartiyalı qrupu Qarabağlı bağlı Dövlət katibi Entoni Blinken (Antony Blinken) və Maliyyə naziri Canet Yellenə (Janet Yellen) məktub ünvanlayıblar.
Gununsesi.info-nun xəbərinə görə, məktubda Qarabağa “hərbi hücumlar və qəddar blokada” ilə əlaqədar olaraq Azərbaycan hökumətindəki şəxslərə Qlobal Maqnitski Aktı çərçivəsində sanksiyalar tətbiq etmək çağırışı yer alıb.
Məktubda Azərbaycanın ötən ilin dekabrından Laçın dəhlizini bağlamaqla 120 min ermənini hərəkət azadlığı, ərzaq və dərmana çıxışdan məhrum etdiyi qeyd olunur.
Milli Məclisin vitse-spikeri Adil Əliyev məsələ ilə bağlı Gununsesi.info-nun sualını cavablandırıb.
Vitse-spikerlə video-söhbətimizi təqdim edirik:
Pərviz Həşimli
Gununsesi.info