
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova Füzulidə ermənilərin törətdiyi son təxribatla əlaqədar ATƏT Parlament Assambleyasının sədri Kristina Muttonenə müraciət ünvanlayıb.
Gununsesi.info xəbər verir ki, bunu Bahar Muradova iyulun 11-də keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, məktuba müvafiq sənədlər və şəkillər əlavə edilib.
B.Muradova qeyd edib ki, müraciətdə ATƏT PA-nın münaqişəni daim diqqətdə saxlaması və öz nümayəndəsi vasitəsilə bu məsələnin daha ciddi dəyərləndirilməsi, belə təxribatların baş verməməsi üçün addımlar atmasınını təmin etməsi bildirilib.
B.Muradova əlavə edib ki, bütün ölkələrin parlament dostluq qruplarına belə müraciətlər təqddim edilir və məlumatlandırma davam edir:
“Mülki şəxslərə qarşı yönəlmiş belə qəsdlər, təxribatlar nəinki pislənməlidir, onların aradan qaldırılması və Ermənistan qoşunlarının təmas xəttindəki təxribatlara son qoyması, məsələnin həlli ilə bağlı aidiyyatı qurumların addımlar atması təmin edilməlidir.
Gununsesi.info