Vizasız Gürcüstan - REPORTAJ-FOTOLAR

  • By admin
  • 20 Fevral 2017 17:05

viza5

Tiflis Qafqazın paytaxtıdı- deyə bilərik.  Artıq uzun tarixi bir dönəmdə bu şəhər bizim üçün doğmalaşıb, yurdundan qovulanların isti qucağına çevrilib. Son illər Azərbaycan siyasi mühacirlərin əsas görüş yerinin Tiflis olması bəlkə də təsadüfü deyil, zərurətdən irəli gəlir.Qafqazda barışığa gəlməyən millətlər, barışığa gəlməyən dövlətlər və hökmumətlə barışığa gəlməyən mühacirlər üçün Tiflis daim “fikir meydanı” olub. Öz dərdlərimizlə qonşu gürcülərin həm dərdlərini, həm də ciblərini böyütməyə başlamışıq.

Hər dəfə bu ölkəyə səfər edərkən, sankı ayağımız doğma torpağın üstündədir kimi hissi edirik, küçələri, insanları bizə yad, əcnəbi kimi gəlmir. Bəlkə də əsrlərlə  eyni sürən dərdlər yaxınlaşdırıb bizi.

Onu da unutmayaq ki, Tiflis  siyasi mühit, mədəniyyət və iqtisadi inkişaf baxımından Bakı və Yerevanı 1 addım öncələməyi bacarıb. Hətta neft pullarının axını belə Azərbaycanı bu xətti keçməyə yardım edə bilmədi. İqtisadi geriləməkdə, rüşvətxorluqda tam bizə bənzəməyəbaşlamışdı ki, ölkədə İnqilab baş verdi.  Və inqilabdan sonra Saakaşvili hakimiyyəti ilə  gürcülərin həyatında yeni bir dönəm başladı. Ona görə də, Gürcüstanın inkişaf dövrünü 2 yerə bölürlər: Saakaşviidən əvvəl və Saakaşvilidən sonrakı dönəm. 

vizq1

Vizasiz Gürcüstan böyük addımlarla irəliləyəcək…

Saakaşvili dönəmində Tiflis qəti şəkildə Qərb yolunu tutacağını bəyan etdi və bu gün də bu xətti davam etdirməkdədirlər. Aşağı eşalonda rüşvətxorluq demək olar ki azalıb.  Rüşvət olmayan yerə mədəniyyət, səliqə-səhman gələr. Necə ki, biz bunu “Qırmızı körpü”dən Gürcütsan ərazisinə keçərkən hiss etməyə başlayırıq.

Paytaxt şəhər qarış-qarış gəzərkən son 5-6 ildə Gürcüstanın necə inkişaf etdiyini görmək olur.  İnsanlar düşünür ki, Gürüstanın birdən-birəsürətli templə inkişaf etməsinin başlıca səbəbi iqtisadiyyatda liberallaşmanın yaranması, xarici vətəndaşlar üçün Gürcüstanın turizm zonası kimi cəlbedici regiona çevrilməsidir.

Avropa Birliyinin son qərarı-Gürcüstan üçün viza rejiminin aradan qaldırılması isə 15 ilə yaxındır aparılan mübarizənin gözəl sonluqla bitən nəticəsidir. İndi hər kəsi bir sual düşündürür: Bu qərardan sonra  qonşu ölkə üçün hansı gözləntilər var?  Tiflisdə olduğumuz müddətdə bu suallara cavab tapmağa çalışdıq.

Gürcüstanda yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlı görüşərkən söhbətimizin də əsas isitiqamət bu oldu. Jurnalist deyir ki, viza rejiminin aradan qaldırılması Gürcüstana yalnız vətəndaşlarının Avropa Birliyinə turist səfərləri yekunlaşmayacaq: “İlk növbədə mədəni inteqrasiyanı sürətləndirəcək. Müxtəlif mədəni qruplar-  xırda teatr qrupları, rəssamlar, musiqiçilər, bir sözlə, yaradıcı insanlar bürokratikəngəllərlə üzləşmədən öz intellektual məhsullarını Avropada nümayış etdirə biləcək. Maneyəsiz şəkildə Avropalı həmkarları ilə ünsüyyət qura biləcəklər. Eyni zamanda xırda və orta həcimli ticarətin dövrüyyəsi artacaq. Təhsil, elmi əməkdaşlıq imkanları genişlənəcək”.

viza2

Bəs sadə gürcü vətəndaşları necə düşünür?

Ə.Muxtarlı ilə söhbətimizdə dedi ki, sadə vətəndaşlar bu imkana daha çox iş yeri kimi baxır: “Gürcüstan vətəndaşları viza rejiminin aradan qaldırılmasını Avropada iş imkanı kimi dəyərləndirir. İşsizlik problemi yaşanan Gürcüstan vətəndaşları Avropada daimi və mövsümü iştapacaqlarına ümid edirlər”.

Azərbaycan pulu ilə monopoliyalaşan Gürcüstan

Təbii ki, bunlar müsbət tərəflərdir. Amma bu gün Gürcüstanı Saakaşvilinin inqilabindan öncəki təhlükələrin yenidən qayıdışı da gözləyir. Turistlərin sayının artması kapitalın həcminin yüksəlməsinə gətirib çıxarsa da, digər tərəfdən kəskin şəkildə bahalaşma da yaradıb.Əhalinin gəliri ilə qiymətlər arasında artım adekvat deyil.  Buna görə, bir qədər gülməli də olsa, gürcülər bizi- azərbaycanlıları ittiham edir. Onlar zarafatla deyirlər ki, Azərbaycanın neft pulları sayəsində turist və investisiya axını Tiflisi bahalaşdırır. Doğrudan da, ölkəyə gələn turistlərin arasında azərbaycanlılar böyük üstünlüyə malikdir.

viza3

Tiflisdə mal və məhsulların qiymətləri artıq  bahalı Bakı ilə yarışmalı səviyyəyə çatıb. Təbii ki, bu bir təfədən Gürcüstanda gəlirlərin yüksəlməsini göstərir. Amma başqa tərəfdən süni qiymət artımlarının da olması istisna deyil. Saakaşvilidən sonra qonşu ölkədəmonopoliya təhlükəsi yenidən qapılarını döyməyə başlayıb. Doğrudur, Saakaşvilinin də inhisarçılığı tam aradan qaldırdığını deyə biımərik, hətta enerji sektorunda ona məxsus şirkətlərin də bazarda böyük payı olduğu iddia edilirdi.  Amma keçmiş baş nazir İvanaşvili hakimiyyəti dövründə köhnə vərdişlərin yenidən qayıtmağa başladığı deyilir. Korrupsiya, monopoliyanın artması ilə yanaşı, xidmət sektorunda ciddi  problemlər nəinki həll olumayıb, hətta dərinləşməyə doğru gedir. Turizm axını otellərin qiymətini bahalaşdırsa da, xidməti keyfiyyəti beynəlxalq standartlardan çox-çox aşağıdır.

Bunun üzərində milli valyutaları olan Larinin digər valyutalar qarşılığında dəyərdən düşməsi əhali arasında artıq hökumətə qarşınarazılıqlar yatadığını sezmək olur.

Lakın jurnalst Ə.Muxtarlı bizim müşahidələrimizlə tam razılaşmır. Onun sözlərinə görə, Saakaşvilidən sonra Gürcüstanda 2 dəfəhakimiyyət dəyişikliyi baş verib: “Postsaakaşvili dönəmi bitib. Saakaşvilidən sonra hakimiyyətə gələn koalision hökümət həm siyasi, həm iqtisadi sahələrdə xeyli dərəcədə liberal qanunlar qəbul edib.  Saakaşvili dönəmində ölkə sərt şəkildə idarə edilirdisə, koalision hökümət dönəmində yumuşalma müşahidə edildi”.

Ə.Muxtarlı əlavə edir ki, hazırda ölkəni Gürcü Arzusu Partiyası təkbaşına idarə edir. Onun sözlərinə görə, ölkəyə gələn gəlirlər artsa da, iqtisadiyyatın bir çox sahələrində geriləmələr müşahidə edilir: “ Bir çox sahələrdə geriləmə müşahidə edilir. Milli valyuta sürətlə dəyərdən düşür. İnvestisiya qoyuluşu nəzərəçarpacaq dərəcədə aşağı düşüşb

Bir sıra sahələrdə- dəmir istehsalı, elektrik naqillərinin istehsalı və bir sıra gündəlik tələbat mallarının idxalında monopoliya meyilləri yaranıb. Ölkədə daha çox gəlir əldə edilməsi proqnozlaşdırılan sahələr hakim partiyaya yaxın olan işlə adamlarının inhisarına verilir. Digər tərəfdən Gürcü Arzusu Partiyasnının xaç atası olan İvanaşvilinin özü gəlirli sahələri nəzarətə götürür. İndi Gürcüstana əsasən, Azərbaycan investisiyaları qoyulur. Azərbaycandakı iqtisadi böhran nəticəsində iş adamları öz bizneslərini Gürcüstana daşıyır. Bir sıra xırda zavodlar artıq Gürcüstana köçürülüb, tikinti şirkətləri Tiflisdə fəaliyyət göstərir”.

Qeyd edək ki, Gürcüstanın tikinti sektorunda hakim olan Azərbaycan şirkətləri arasında “Akkord” öndə gedir. Əsas tranzit yollarınınəksəriyyətinin tikintisini və yenidənqurulmasını  məhz bu şirkətə həvalə edilib. Qaz xətlərinin çəkilişi və sayğaclaşma ilə bağlı tenderi isəAzərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan “SOCAR-Georgia Energy” qazanıb.

viza

Milliyətçi gürcülərlə başımız dərddə

Yeri gəlmişək, 10 il əvvəllə qədər bölgədə mövcud olan milli azlıq və etnik problemləri bu gün də yaşanmaqdadır. Baxmayaraq ki, Gürcüstan özünü liberal və demokrat, insan hüquqlarını hörmət edən bir dövlət kimi göstərməyə çalışır, amma öz vətəndaşları olan azərbacanlılara qarşı ayrıseçkilik açıq hiss olunmaqdadır. Məsələn, azərbaycanlıların kompakt yaşadığı ərazilərdə torpaq bölgüsündəiştirak etmək imkanları məhdudlaşdırılıb. Bu prosesdə bələdiyyələr yalnız gürcülərə “yaşıl” işıq yandırır.  Bundan əlavə soydaşlarımızın işlə təminatı olduqca aşağı vəziyyətdədir. Hətta SOCAR-ın Gürcüstandakı layihələrində belə işlə təmin olunma səviyyələri qənaətbəxşdeyil. Belə ailələrin çoxu ya Azərbaycan, ya da Rusiyadan gələn gəlirlər hesabına dolanır.  Sadalanan problem, ayrıseçkilik  artıq  25 ildir ki, həllini tapmır.

Məhz bu səbəbdəndir ki, sovetin süqutundan sonra etnik xalqların, milli azlıqların sayında kəskin azalmalar müşahidə edilməkdədir, hətta 25 il əvvəl Grücüstanda yaşayan bəzi milli azlıqlar bu gün əhalinin tərkibində 0 %-ə düşüb. Hamısı ölkəni tərk etməli olub. Məsələn, 2014-cü ildən sonra əhalinin tərkibində yəhudi, kürd və avar kimi azlıqları və etniklərin sayı “0” göstərilir.  Onların ölkədən köçü Gürcüstanəhalisinin sayına da ciddi təsir göstərməyə başlayıb. Əgər 2014-cü ilə əhalinin sayı 4.9 milyon nəfərə çatmışdısa, 2016-cı ildə bu rəqəm 3.7 milyon nəfərə düşüb. Təbii, burda azalmanın digər səbəblərindən biri gürcü hökumətinin Abxaziya və Ossetiyaya dair səhih statistik məlumatlar əldə edə bilməməsidir. Hər bir halda, statistika əhalinin artım tempinin aşağı düşdüyünü, əhalinin sürətlə azaldığını göstərir. Avropanın viza rejiminin aradan qaldırılmasından sonra Gürcüstanda milli azlıqların və entiklərin sayının artacağını ehtimal edirlər. Kifayət qədər dindar və milliyətçi olan gürcülər bundan nə qədər məmnun olacaqlarını isə zaman göstərəcək.

Biz də növbəti müşahidələrimizi zamanın axarına buraxaraq, “yaxın qonşu uzaq qohumdan yaxşıdır” deyiminə inanaraq regionda daha hansı dəyişikliklərin olacağını izləməyə çalışacağıq…

Vüsalə Rüstəmova

Bakı-Tiflis-Bakı

Gununsesi.info