
Dekabırın15-dən 16-dək Rusiya prezidenti Vladimir Putinin Yaponiyaya səfəri planlaşdırılır.
Gununsesi.info-nun “Türkiyə” qəzetinə istinadən xəbər verir ki, bir müddət öncə Yaponiya nazirlər kabinetinin Baş katibi Yoşihide Suga bəyan etmişdir ki, səfər zamanı V. Putinə akita-inu cinsidən olan bir it hədiyyə edəcək.
Yaponiyanın Liberal Demokrat Partiyasının millət vəkili Koichi Hagiuda bildirib ki, V. Putin Y. Sugarın həddiyyəsini rədd edib: “Rusiya tərəfi hədiyyənin nə səbəbdən qəbul edilmədiyi barədə heç bir açıqlama verməyib”.
Anar
Gununsesi.info