
Rusiya prezidenti Vladimir Putin ilk dəfə gizli otağını nümayiş etdirib.
Gununsesi.org xəbər verir ki, bu barədə “Rossiya1” televiziya kanalında sujet təqdim edilib. Televiziya əməkdaşları çəkiliş edərkən Putin onları gizli otağa dəvət edib. Prezident bildirib ki, otaqda hər şey olduğu kimidir, çəkiliş üçün xüsusi heç bir hazırlıq görülməyib: “Burada yemək və istirahət otaqları da var, həmin yerdə heç bir görüş keçirmirik”. Otaqda Putinə verilmiş hədiyyələr və divardan asılmış I Pyotrun portreti diqqət çəkib. Həmin görüntüləri təqdim edirik:
Gununsesi.org