Vladimir Putin şəxsən seçkidə iştirak edəcək

  • By admin
  • 29 İyun 2020 15:07

Rusiya Prezidenti Vladimir Putin Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı səsvermədə bir başa seçki məntəqəsinə baş çəkərək iştirak edəcək.

Gununsesi.org “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov açıqlama verib: “Prezident şəxsən seçkidə iştirak edərək səs verəcək. Nə vaxt və necə – o barədə sizə məlumat verəcəyik”.

Putinin səsvermə zamanı maskadan istifadə edib-etməyəcəyinə dair sualı cavablandıran Peskov “Prezident seçkilərdə özünün və başqalarının sağlamlığına təhlükə yaratmayacaq şəkildə iştirak edəcək”,- deyə bildirib.

Qeyd edək ki, Rusiyada Konstitusiyaya ediləcək dəyişiklər üzrə iyunun 25-dən etibarən başlayan ümumxalq səsverməsi iyulun 1-nə qədər davam edəcək.

Gununsesi.org