
Bu gün Moskva şəhərində Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikası sədri Si Cinpin arasında görüş olub.
Gununsesi.org “NTV” telekanalına istinadən xəbər verir ki, görüş zamanı ÇXR sədri Rusiya Federasiyası Prezidentini ən yaxın dostu adlandırıb.
Si Cinpinin sözlərinə görə, onlar bir-biri ilə sıx işgüzar əlaqələr, eləcə də dərin dostluq münasibəti yarartmağa müvəffəq olublar. ÇXR sədri qeyd edib ki, altı il ərzində o, Rusiya Prezidenti ilə təxminən otuz dəfə görüşüb.
Vladimir Putin isə, öz növbəsində, Çinin Moskva zooparkına verdiyi iki pandanı Rusiyaya olan xüsusi dostluq və etibarlılıq göstərici kimi qiymətləndirib. Rusiya başçısı qeyd edib ki, sözügedən heyvan Çinin milli simvoludur və bildirib ki, “Biz dostluğun belə bir jestini yüksək qiymətləndiririk”.