Vladimir Putinin Ankaraya səfəri başlayıb

  • By admin
  • 28 Sentyabr 2017 20:35

rusya_lideri_vladimir_putin_turkiyede_1506605977_1249
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfəri başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində V.Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşü nəzərdə tutulub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, prezidentlər ikitərəfli əməkdaşlığın inkişafına dair aktual məsələləri müzakirə edəcək, gündəmdə olan regional və ikitərəfli məsələlərə dair fikir mübadiləsi aparacaqlar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl səfərin “tamamilə praqmatik məqsədli” olduğunu vurğulayıb.

Gununsesi.info