“Vladimir Solovyov Bakıdakı təəssüratlarını tez unudub, köhnə mövqeyində qalacaq, yoxsa?…” - POLİTOLOQ

  • By admin
  • 08 Aprel 2017 10:16

vladimir sovolyov

“Rusiyada ən qatı anti-türk, ən qatı ermənipərəst televiziya aparıcısı dedikdə, ilk yada Vladimir Solovyov düşür. Onun Rusiya kanalındakı siyasi proqramı ermənipərəst ekspertlərlə doludur. Solovyovun özü də hər dəfə Türkiyə və Azərbaycanı sancmağı özünə “borc” bilir, hətta, bəzən Qarabağ separatçılarından nümunə gətirir”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz “Facebook” səhifəsində yazıb.

O, qeyd edib ki, ancaq iki hətfə əvvəli İrəvanda olarkən, o maraqlı açıqlama verib.

“Ermənistanın Rusiyadakı səfirini tanıyan varmı? Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adı isə dillər əzbəridir”. İndi bu sözlərdən sonra Solovyov Bakıya dəvət edilərək, prezident İlham Əliyevlə görüşdürüldü. Solovyov ilk dəfədir Azərbaycandadır.

Bu görüşdə dövlət başçısı Dağlıq Qarabağ münaqişəsiylə bağlı Azərbaycanın mövqeyini ermənipərəst Solovyovun diqqətinə çatdırdı. İndi görək, Solovyov geri qayıtdıqdan sonra proqramlarında nələr danışacaq, qonaqpərvərliyimizin təsiri altında Qarabağ probleminə balanslı yanaşacaq, yoxsa, Bakıdakı təəssüratlarını tez unudub, köhnə mövqeyində qalacaq?”-deyə, politoloq sonra yazıb.

Gununsesi.info