Vladimir Zelenski Zaporojyedə cəbhə xəttində olduğunu deyib

 Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətindəki qabaqcıl mövqelərinə baş çəkdiyini bildirib. Səfərin görüntüləri dövlət başçısının Telegram kanalında yayımlanıb.
Gununsesi.info xəbər verir ki, videoda Vladimir Zelenski ukraynalı hərbçilərə mükafatlar təqdim edir və döyüşçülərlə şəkil çəkdirir. Çəkilişin baş verdiyi ərazini dəqiq müəyyən etmək mümkün deyil: kadrlar Ukrayna bayraqları ilə asılmış divarlarla qapalı şəraitdə çəkilib.
Cümə axşamı, martın 23-də cənab Zelenski Xerson vilayətinin Kiyevin nəzarətində olan hissəsinə səfər edib. Bundan əvvəl Ukrayna prezidenti Baxmut istiqamətində Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə görüşüb.

 

 

Tərcümə:

Adil Elxanoğlu

Gununsesi.info