Voleybol komandasının bütün üzvləri zəlzələdə ölüb - FOTO

  • By admin
  • 14 Fevral 2023 10:29

Türkiyədə baş vermiş zəlzələ nəticəsində voleybol komandasının bütün üzvləri həlak olub.

Gununsesi.info xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin 16 nəfərdən ibarət voleybol yığmasının üzvlərinin cəsədləri dağıntılar altından çıxarılıb.

Zəlzələ milli komanda Adıyamanda oteldə olarkən baş verib. Nəticədə binanın dağıntıları altında qalan idmançıların hamısı vəfat edib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.

Gununsesi.info