Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb. Gununsesi.org xəbər verir ki, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.
Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb.
Təxirə salınmış oyunların təşkili vaxtı hələ dəqiqləşməyib.