Voleybolçular beynəlxalq turnirdə mükafat qazandılar

  • Müəllif: admin
  • 01 Noyabr 2016 13:29

voleybol
Gürcüstanın paytaxtı Tbilisi şəhərində voleybol idman növü üzrə “Tbilisi Open-2016” adlı beynəlxalq turnir keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə,yarışların hər birində 1999-2000-ci il təvəllüdlü oğlanlar və 2000-2001-ci il təvəllüdlü qızlardan ibarət 8 komanda mübarizə aparıb. Turnirdə iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin oğlanlardan və qızlardan ibarət komandaları müvafiq olaraq 2-ci və 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, turnir yeniyetmə voleybolçuların ustalıq səviyyələrinin və yarış təcrübələrinin artırılmasına kömək etmək məqsədilə təşkil olunub.

Anar

Gununsesi.info