Volkan Bozkır Qəzzaya görə iclas ÇAĞIRACAQ

  • By admin
  • 15 May 2021 21:02

Qəzza ətrafında yaranmış vəziyyətlə bağlı BMT Baş Assambleyasının iclası keçirilə bilər.

Gununsesi.info  xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır tvitterdə yazıb.

“Sabah keçiriləcək BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatının iclaslarından sonra Şərqi Qüdsdə və işğal olunmuş Fələstin bölgəsindəki pisləşən vəziyyətlə əlaqədar üzv dövlətlərin tələbi olduğu təqdirdə, vəziyyəti müzakirə etmək üçün BMT Baş Assambleyasının iclasını çağıracağam”, – deyə BMT Baş Assambleyasının Prezidenti bildirib.

 

Gununsesi.info