Volksvagen Berlindә keçirilәn dizel zirvә tәdbirindәn sonra ilk qәrarını açıqlayıb. Volksvagen qrupuna aid markalardan avtomobil alan köhnә model dizel matorlu avtomobil sahiblәrinә endirim edilәcәk.
Gununsesi.info xəbər verir ki, köhnә model dizel matorlu avtomobil sahiblәri yeni avromobil aldıqları tәqdirdә 10 avroya qәdәr endirim әldә edәcәklәr. Bu kampaniya Volksvagenin 5-6 modelinә şamil olunacaq.
Havanı daha çox çirklәndirdiyi üçün Avropada dizel avtomobil istifadәsi yavaş-yavaş qadağan olur. Mәsәlәn, Ştutqart İnzibati Mәhkәmәsi ilin әvvәlindәn dizellә işlәyәn avtomobillәrin yola çәzışına qadağa qoyub. İngiltәrәdә dizel vә benzinlә işlәyәn avtomobillәrin 2040-ci ildә qadağan olunması planlaşdırılır.
Voksvagen әsas markasından әlavә Volksvagen şirkәtlәr qrupuna daxil olan Audi, Seat vә Porşe markalı avtomobillәrin satın alınmasında da 1750 avrodan 10 min avroya qәdәr endirim edәcәyini açıqlayıb. Polo üçün 3 min avro,
Qolf üçün 5 min avro, Tuareq üçün 10 min avro endirim tәtbiq edilәcәk. Üstәlik elektriklә işlәyәn vә ya hibrid avtomobil alanlara yuxarıdakı endrimlәrdәn әlavә olaraq 2350 avro әlavә endrim şamil olunacaq.
Gununsesi.info