“Volkswagen” 25 minə yaxın işçi ilə əmək müqaviləsinə xitam verəcək

  • By admin
  • 12 Oktyabr 2016 18:02

vols

Almaniyanın “Volkswagen” avtomobil şirkəti 25 minə yaxın işçi ilə əmək müqaviləsinə xitam verəcək.

HTML tutorial

Gununsesi.info “newsthrive.com” saytına istinadən xəbər verir ki, bu proses 10 il ərzində həyata keçiriləcək. Belə ki, 10 il müddətində şirkət hər il işçiləri erkən pensiyaya çıxarmaqla 2500 nəfər işçi ilə yollarını ayırmağı planlaşdırıb.

Şirkətdən bildirilib ki, bu cür addımlar şirkətin qarşıdakı illərdə xərcini azaltmaq üçün edilir.

Gununsesi.info