“Volkswagen” avtomobilləri geri çağırır

  • By admin
  • 07 İyul 2017 10:54

unnamed
“Volkswagen” şirkəti 766 min avtomobilini geri çağırır.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya avtomobil istehsalçısı “Volkswagen” əyləc nəzarət sistemi problemi səbəbindən dünya üzrə 766 min avtomobilini geri çağıracağını açıqlayıb.

Belə ki, şirkətdən verilən açıqlamaya görə, əyləc nəzarət sisteminin yaxşı işləməsi sürücülər üçün ciddi prolemə səbəb ola bilər.

Şirkət avtomobilləri geri çağırmaqla onların xətalı hissələrini düzəldib qarşılığında heç bir ödəniş almadan qüsursuz şəkildə istehlakçılara qaytaracaq.

Anar
Gununsesi.info