“Volkswagen Bakı Mərkəzi” icra başçısının ƏLİNDƏN ALINDI

  • By admin
  • 08 May 2021 14:37

Euro Style LTD MMC-nin nəzdində olan “Volkswagen Bakı Mərkəzi” fəaliyyətini dayandırıb.

Gununsesi.info xəbər verir ki, buna səbəb Almaniyanın “Volkswagen” şirkətinin istehsal etdiyi avtomobilləri İran İslam Respublikasına satması olub.

Qeyd edək ki, “Volkswagen Bakı Mərkəzi” Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə məxsusdur. Adıçəkilən şirkəti icra başçısının oğlu Ənvər Vəliyev idarə edirdi.

Xatırladaq ki, bir müddət öncə “Volkswagen Bakı Mərkəzi” təmsil etdiyi şirkəti beynəlxalq məhkəməyə vermişdi.