Voloqda vilayətinin qubernatorunun vergi borcu olduğu aşkar edilib

  • By Admin2
  • 10 Aprel 2026 16:25

Voloqda vilayətinin qubernatoru Georgi Filimonov vergi xidmətinə 85.000 rubl borcludur.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

Nəşrin məlumatına görə, vilayət qubernatoru Vologda vilayətində deyil,  Moskvada qeydiyyatdadır və orada 127 kvadratmetrlik mənzilə sahibdir.

Onun Moskvadakı əmlakının kadastr dəyəri təxminən 41,3 milyon rubl qiymətləndirilir. Mənzildən əlavə, Filimonovun ümumi dəyəri 3 milyon rubldan çox olan iki avtomobili var – Cadillac Escalade və Mercedes-Benz M-Class.

Orxan

Gununsesi.info