Von der Leyen Avropa Komissiyasının rəhbərliyinə rəsmən namizəd oldu

  • By admin
  • 07 Mart 2024 16:55

Mərkəz sağçı Avropa Xalq Partiyası (EPP) cümə axşamı Ursula fon der Leyeni Avropa Komissiyasının prezidentliyinə namizəd kimi dəstəkləmək üçün səs verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

EPP nümayəndələri 400 lehinə və 89 əleyhinə səslə, Avropa Komissiyasının başına ikinci beş illik müddətə namizədliyini irəli sürəcək fon der Leyenin namizədliyini təsdiqləyiblər.

Buxarestdə keçirilən partiya konqresində çıxış edən fon der Leyen Avropa İttifaqı (Aİ) ölkələrinin qarşısında duran əsas problemlər kimi Ukraynadakı müharibəni, Yaxın Şərqdəki qeyri-sabitliyi və Çinin yüksəlişini göstərib.

Fevral ayında Avropa Xalq Partiyası fon der Leyeni Avropa Komissiyasının prezidentliyinə yeganə namizəd kimi müəyyənləşdirib.

Ehtimal olunur ki, Aİ-nin icra orqanının rəhbəri seçkilərində onun namizədliyi üzv dövlətlərin əksəriyyəti tərəfindən dəstəklənəcək.

 

Gununsesi.info