Von der Leyen yenidən Avropa Komissiyasının sədri seçildi

Avropa Komissiyasının (AK) hazırkı prezidenti Ursula von der Leyen ikinci müddətə yenidən seçilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Reuters məlumat verib.

Bildirilir ki, von der Leyen Avropa İttifaqının (Aİ) qanunvericilərindən AB-nin qüdrətli icra orqanı olan AK-nin prezidenti kimi beş illik müddətə yenidən seçilmək üçün kifayət qədər dəstək alıb.

Material müəllifləri qeyd ediblər ki, Avropa Parlamentinin (AP) 720 deputatı onun namizədliyini 401 lehinə, 284-ü əleyhinə, 15-i isə bitərəf olmaqla təsdiqləyib. Əlavə edilib ki, qalib gəlmək üçün ona 361 səs lazımdır.

Bundan əvvəl Ursula von der Leyen yenidən seçiləcəyi təqdirdə Aİ-ni müdafiə blokuna çevirəcəyinə söz vermişdi.

O, həmçinin “dənizdə, quruda, havada, kosmosda və kiber domenlərdə qabaqcıl müdafiə texnologiyalarına” sərmayə qoymaqla Avropa Müdafiə Fondu yaratmaq niyyətini ifadə edib.

 

Şəbnəm

Gununsesi.info