Vorlar Lotu Quliyə müraciət edib - ONUN ADINI ƏLİNDƏN ALAQ

  • By admin
  • 10 Mart 2018 12:17
Kriminal aləmdə öz nüfuzları ilə seçilən Andrey Miroyedov (Mirıç), Qiya Meoporiya (Qiya),  Saçino Qeqeçkori (Saçino) “Quli”yə müraciət edərək,  kriminal aləmdə Albert Rıjiy kimi tanınan azərbaycanlı “qanuni oğru” Əli Heydərovun adının əlindən alınmamasını  xahiş ediblər. Ancaq kriminal avtoritetlərin bu müraciətinə baxmayaraq  “Quli” onların bu müraciətinə müsbət cavab verməyib və verdiyi qərardan geri çəkilməyib.
 Gununsesi.info rosbalta istinadən xəbər verir ki, “Quli”  Albert Rıjiylə bağlı verdiyi qərarın detallarını onun özünə və “qanuni oğru”lara, Albert  həbsdən çıxdıqdan sonra  “sxodka”da  izah etməyə hazır olduğunu  bildirib.
“Quli” həbsdə olarakən Əli Heydərov  ona əks olan düşərgədə yer alıb və Nadir Səlifovu sıradan çıxarmaq üçün bir sıra fəaliyyətlərdən bulunub.
İndi isə növbə “Quli”nindir. O rəqiblərini sıradan çıxarmaq üçün fəaliyyətə başlayıb və bu sırada Albert də var. Sankt-Peterburqda həbs edilən Albert 6 il müddətinə azadlıqdan məhrum edilib. Albert Moskvadakı “Medvedkovo” həbsxanasında cəza çəkməkdədir. Albert bura “etap” edilən zaman digər kriminal avtoritetlər onun “qanuni oğru” olmasıni təsdiq etsələr də, lakin “Quli” həbsxanaya  şəxsən zəng edərək  Əli Heydərovun  “oğru” adını dondurulmasını bildirib. Quli deyib ki,  Albert həbsdə “qanuni oğru” kimi cəza çəkməyəcək. Bununla bağlı bir qrup nüfuzlu kriminal avtoritet “Quliy”ə müraciət etsə də nəticəsi olmayıb.
“Quli”nin ovuna çıxdığı digər rəqibi “Rövşən Lənkəranski”nin yaxın qohumu və Rövşən dünyasını dəyişdikdən sonra onun imperiyasını idarə edən Zaurdur.
“Quli”nin silahlı adamları Moskvanın Kalujskiy yolundakı iri bazarda növbə çəkməkdədirlər. Hansı ki, həmin bazarın yaxınlığında Zaurun ofisi yerləşir və  o, bir sıra  maliyyə axınlarına nəzarət edir. “Quli”nin adamları bazarda Zaurun nəzarətində işləyən iş admlarından gələn gəlirlərin Səlifova çatmasını tələb edirələr. Bununla belə həmin iş adamalrı vasitəsi ilə  Zaura “salam”larını yetirməyi dilə gətirirlər. Ona gorə də Zaur çox çıxılmaz  və mühasirəyə düşmüş durumdadır. Odur ki, Zaur xüsusi mühafizə şirkəti “Oxrana”nın 6  mühafizəçisi ilə işə gedib gəlir. Çünki ona hər an  qəsd ola bilər və bu istisna deyil.
Gununsesi.info