Vuçiç Avropa Parlamentini ələ saldı: “Hər işləri yağ kimi gedir, ona görə də…”

Serbiya Prezidenti Aleksandar Vuçiç deyib ki, Avropa Parlamenti (AP) Rusiyaya qarşı qətnamələrlə deyil, inflyasiya və enerji məsələləri ilə məşğul olmalıdır.

Gununsesi.info xəbər verir ki, Serbiya dövlət başçısının mətbuat konfransı “Tanjuq” informasiya agentliyi tərəfindən yayımlanıb.

Jurnalistlərin Avropa Parlamentinin Rusiyanı terrorizmin himayədarı kimi tanıyan qətnamənin qəbulu, habelə Serbiyanın dərhal bu qətnaməyə qoşulmasına çağırışları ilə bağlı sualını cavablandıran Vuçiç cavab verib ki, ölkə hakimiyyəti öz ehtiyaclarından çıxış edərək müstəqil qərarlar qəbul edir.

“Mən onları təbrik edirəm, görürəm ki, onlar artıq öz ölkələrini və xalqlarını belə yüksək inflyasiya, bu qədər yüksək enerji istehlakı və çoxlu sayda bağlanmış sənaye obyektləri ilə “xoşbəxt ediblər””, – deyən Serbiya lideri qeyd edib ki, ölkədə bütün qərarlar Serbiya xalqının mənafeyinə görə qəbul edilir.

Vuçiçin sözlərinə görə, AP-nin işini müşahidə edəndə, belə bir təəssürat yaranır ki, onların daha ağıllı işi yoxdur, onların hər işi yağ kimi gedir, ona görə də bizim qərarlarımızla maraqlanırlar.

Daha əvvəl Vuçiç Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasının şərtlərini açıqlayıb. O vurğulayıb ki, Belqrad 2015-ci ildə dövləti müdafiə edənlərə və ölkənin ərazi bütövlüyünün qorunub saxlanmasına yardım edənlərə qarşı sanksiya siyasəti aparmır.

Gununsesi.info