Vuçiç: Kurti serblərə hücuma hazırlaşır

  • By admin
  • 25 Mart 2022 16:34

Kosovanın Baş naziri Albin Kurti serblərə hücum etmək qərarına gəlib. O, bu hərəkəti ilə sülhü pozmaq istəyir.

Gununsesi.info xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“O, Kosovoda sülh və əmin-amanlığa xələl gətirmək istəyir.

Serb əsilli Lilyana Stefanoviç Kurtinin əmri ilə işdən çıxarılıb. Məndə olan məlumata görə, Serbiya Milli Təhlükəsizlik Şurasının iclasına gələn Kosova əsilli polis və hərbçilər də vəzifələrindən azad ediləcəklər. Kurti bu cəhdi ilə serblərə hücum etmək qərarına gəldiyini göstərdi. Brüssel razılaşması pozulub və artıq qüvvədən düşüb”, – Vuçiç bildirib.

Gununsesi.info