Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddini qəbul edib.
Gununsesi.info xəbər verir ki, bu barədə səfir “X” hesabında yazıb.
“Azərbaycanın müdafiə sənayesi nazir Vüqar Mustafayev ilə müzakirəmiz zamanı qardaş ölkələr arasındakı inkişaf edən əlaqələri bir daha təsdiqlədik”, – diplomat qeyd edib.
Pakistanın Azərbaycandakı səfirliyinin “X” hesabında isə tərəflərin iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirmək mövqeyini təsdiqlədikləri vurğulanıb.
Gununsesi.info