Vüqar Qurbanovdan işdən çıxarılmasından danışdı

“Müşahidə Şurasının qəbul etdiyi qərara hörmətlə yanaşıram”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri TƏBİB-in sabiq İcraçı direktoru Vüqar Qurbanov deyib.

“TƏBİB-də fəaliyyət göstərdiyim dövrdə əsas məqsəd vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması olub. Bu prosesdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, – V.Qurbanov qeyd edib.

Xatırladaq ki, V.Qurbanovun işdən çıxasrılması ilə bağlı qərar Müşahidə Şurası tərəfindən verilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib. (“Qafqazinfo”)

 

Gununsesi.info