Vüqar Qurbanovdan yeni - Təyinatlar

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Qusar və Zərdab rayon mərkəzi xəstəxanalarına yeni direktorlar təyin ediliblər.

TƏBİB-dən Gununsesi.info -ya verilən məlumata görə, Qusar Rayon Mərkəzi Xəstəxanasında Pərviz Məhsimov, Zərdab Rayon Mərkəzi Xəstəxanasında isə Emil Kamilov direktor vəzifəsini icra edəcəklər.

 

Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərviz Məhsimov ixtisasca cərrahdır. O bu təyinatadək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri olub.

Tibb üzrə fəlsəfə doktoru olan Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Emil Kamilov ixtisasca cərrahdır. E.Kamilov bundan əvvəl Zərdab Gigiyena-Epidemioloji Mərkəzinin direktoru vəzifəsində çalışıb.