Vurulan gəmi batdı: Böyük ekoloji fəlakət gözlənilir

  • By admin
  • 02 Mart 2024 17:23

Yəməndə Husi üsyançılarının hücumuna məruz qalan Britaniya gəmisinin Qırmızı dənizdə batdığı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, “Rubymar” adlı gəmi fevralın 18-də baş verən hücumdan sonra batmağa başlayıb.

Bu, Husilərin həyati əhəmiyyət daşıyan dəniz yolunda gəmiçiliyə bir neçə ay davam edən hücumları zamanı batırdıqları ilk gəmi idi.

Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti, eləcə də bölgədəki hərbi rəsmi gəminin batdığını təsdiqləyib.

Yəməndəki husi üsyançıları Ədən körfəzində batmış Britaniyaya məxsus “Rubymar” gəmisinin xilas edilməsinə icazə verilməsi müqabilində Qəzza zolağına yardımın gətirilməsində israr ediblər.

Rəsmi “Saba” agentliyinin məlumatına görə, fevralın 18-də husilər tərəfindən hədəfə alınan Britaniyaya məxsus “Rubymar” gəmisi böyük miqdarda ammonyak və neft daşıyırmış.

Ötən şənbə günü Yəmən hökuməti gəminin Yəmənin Qırmızı dənizdəki Haniş adalarına doğru getdiyini və bunun “böyük ekoloji fəlakət”lə təhdid etdiyini bildirib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) verdiyi açıqlamada hücumun gəmiyə ciddi ziyan vurduğunu və bunun 18 mil uzunluğunda neft ləkəsinə səbəb olduğunu bildirib.

 

Gununsesi.info