“Vurulan” icra başçısı: “Berlinə gedirəm…”

  • By admin
  • 16 İyun 2016 13:36

mub1

Bir neçə gün əvvəl bir sıra KİV-də Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin rayon icra başçısı vəzifəsindən azad olunduqdan sonra, Kənt Təsərrüfatı Nazirinin müavini vəzifəsinə təyin olunması haqda xəbər yayılmışdı. 

Daha sonra nazirlik rəsmisi KİV-ə açıqlamasında onlarda belə məlumatın olmadığını bildirmişdi. Gununsesi.info xəbər verir ki, Bizimyol.info saytı Mübariz Ağayevin özü ilə əlaqə saxlaya bilib. Eks icra başçısı açıqlamasında, yayılan məlumatın yalan olduğunu bildirib. “Bu yalan və məni istəməyən insanların uydurmasıdır. Mən öz istəyimlə işimdən uzaqlaşdırılmışam. Cənab Prezidentdən xahiş etdim ki, məni vəzifəmdən azad etsin. Səhhətimdə problemlər var. Üç gün sonra Berlinə gedirəm, əməliyyat olunacam. Allah cənab Prezidentin canını sağ eləsin, məni başa düşdü və dedi ki, get müalicə olun, sən bizə sağlam lazımsan. Üç dəfə Almaniyada əməliyyat olunmuşam. Hər dəfə gedəndə rayon qalırdı sahibsiz, belə olmazdı. Əməliyyat olunub qayıdım, İnsallah hər şey yaxşı olar”.