Vurulan təyyarənin ətrafına yığışan insanlar atəşə tutuldu: Ölənlər var

  • By admin
  • 15 Fevral 2020 17:20

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin hərbi əməliyyatı nəticəsində Yəmənin Əl-Cauf əyalətində 40-a yaxın mülki şəxs həlak olub.

Gununsesi.org xəbər verir ki,  SABA agentliyi xəbəri yerli təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən yayıb.

Mənbə bildirir ki, hava hücumu ötən gün “Ənsarullah” hərəkatı tərəfindən vurulan koalisiya qüvvələrinə məxsus qırıcı təyyarənin ətrafına yığılan mülki şəxslərə qarşı həyata keçirilib.

Çoxlu sayda yaralı Yəmənin paytaxtı Səna şəhərində yerləşən xəstəxanalara yerləşdirilib.

Gununsesi.org