Vurulan vaksin sayı 12 milyonu ötdü

  • By admin
  • 30 Yanvar 2022 16:44

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 728 vaksin vurulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 310, “buster” doza üzrə isə 26 044 vaksin vurulub.

Vurulan vaksinlərin ümumi sayı 12 000 749, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 230 288, ikinci mərhələ üzrə 4 742 169 nəfər təşkil edir. Ümumilikdə isə 2 028 192 “buster” doza vurulub.

 

 

Gununsesi.info