Vüsalə Əlizadənin yeni “Porsche”si - HƏDİYYƏ, YOXSA..?

  • By admin
  • 07 Noyabr 2017 14:16
Tanınmış teleaparıcı Vüsalə Əlizadə özünə yeni avtomobil alıb.
Gununsesi.info xəbər verir ki, “Maşın” realiti şounu yarımçıq tərk edən aparıcının avtomobil seçimi “Porsche Cayenne” markalı maşın olub.
Digər mənbənin BakuPost.az-a verdiyi məlumata görə isə, sözügedən avtomobili ona pərəstişkarlarından biri hədiyyə edib. Belə ki, V. Əlizadənin səhhəti pisləşdiyi üçün “Maşın”dan əlini götürməsi və maşınsız qalması izləyicilərindən birinə pis təsir edib. O, sevimli aparıcısına bahalı avtomobil hədiyyə edib.
Məsələ ilə bağlı aparıcıdan açıqlama almaq istəsək də, V. Əlizadə telefon zənglərinə cavab vermədi.
Gununsesi.info