
Azərbaycanda saxlanılan qanunsuz miqrantların sayı çox aşağıdır.
Gununsesi.info xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, Azərbaycanda 142 min miqrant varsa, onlardan cəmi 3 minə yaxını qanunsuz miqrantdır.
“Saxlanılan qanunsuz miqrantların sayı isə çox cüzidir. Həmin şəxslər aşkarlanaraq müvəqqəti saxlama mərkəzlərinə yerləşdirilir. Hazırda Dövlət Miqrasiya Xidmətinin saxlama mərkəzlərində 10-dan az qanunsuz miqrant saxlanılır”, – deyə xidmət rəisi deyib.
O bildirib ki, Azərbaycandakı qanunsuz miqrantlar əsasən qonşu dövlətlər və Cənub-Şərqi Asiya ölkələrindəndir.
Gununsesi.info