
Milli Məclisdə (MM) Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu yaradılır.
Gununsesi.info xəbər verir ki, məsələ MM-in bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.
Bu, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə edilir.
Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Vüsal Hüseynovun seçilməsi gözlənilir.
KAMİL
Gununsesi.info