Vüsal Qasımlı Malayziyaya səfər edib

  • By admin
  • 12 Dekabr 2016 13:46

vusal
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Dr.Vüsal Qasımlı Asiya İnkişaf Bankının dəvətilə Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərinə səfər edib.  

Bu haqda Gununsesi.info-ya qurumdan məlumat verilib.

Belə ki, səfər zamanı V.Qasımlı “İnklüziv inkişaf üçün layiqli iş” mövzusunda beynəlxalq tədbirdə iştirak edir. Vüsal Qasımlı tədbirin ilk günündə “Makroiqtisadi perspektivlər və inklüziv inkişaf üçün şəraitin yaradılması” mövzusunda sessiyaya rəhbərlik edib. Bu sessiya çərçivəsində İİTKM-in icraçı direktoru Prezident İlham Əliyevin təsdiqlədiyi Milli iqtisadiyyatın strateji yol xəritəsi barədə məlumat verərək, Azərbaycan təcrübəsinin Asiyanın inkişaf etməkdə olan ölkələrində yayılmasının zəruriliyini vurğulayıb. Xüsusilə, makroiqtisadi çağırışlar və qlobal şoklarla üzləşən ölkələrdə inkişaf strategiyasının qurulması baxımından Azərbaycan təcrübəsinin əhəmiyyəti qeyd olunub. Tədbirin növbəti günündə Vüsal Qasımlı “Azərbaycan: Yeni iqtisadi paradiqma” mövzusunda məruzə ilə çıxış edərək ölkədə aparılan iqtisadi islahatlar və bunun layiqli iş yerlərinin yaradılmasına verəcəyi səmərə barədə danışıb.

Gülnaz Qənbərli

Gununsesi.info