Vyanada Məhəmməd Füzuli yaradıcılığından danışıldı

  • By admin
  • 02 Dekabr 2024 18:47

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə “Qəlbimdəki şair” (Der Poet in mir) adlı ədəbi-musiqili tədbir keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Məhəmməd Füzulinin yaradıcılığı haqqında danışıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən dahi şairin 530 illiyi Azərbaycanda və dünyanın müxtəlif ölkələrində geniş şəkildə qeyd edilir:

Azərbaycan dilində poeziyanın mükəmməl nümunələrini yaradan, dilimizi daha da zənginləşdirən M.Füzuli özündən sonra zəngin ədəbi-bədii irs qoymuş, sanballı ədəbi məktəb formalaşdırmış, bir çox tanınmış şairlər özlərini onun şagirdi hesab etmişdir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin müsəlman Şərqində ilk operanı bəstələyərkən məhz Füzuli yaradıcılığına müraciət etməsi və onun “Leyli və Məcnun“ poemasını əsas götürməsi də təsadüfi olmamışdır”.

O

Leyla Qasımova deyib ki, Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri olub.

O, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilirdi” deyən  Leyla Qasımova əlavə edib:

“Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və dünyanın çox yerlərində tanınıb”.

Tədbirdə daha sonra Tural İsmayılovun rəhbəri olduğu Anima Shirvani ansamblı konsert proqramı ilə çıxış edib.

Konsertdə Azərbaycan muğamı və xalq mahnıları klassik alman və ingilis barokko musiqisi ilə vəhdət şəklində təqdim olunub, həmçinin görkəmli şairin şeirləri bədii qiraətçi tərəfindən səsləndirilib.

Gununsesi.info