Vyanada Novruz bayramı qeyd edilib - FOTOLAR

  • By ilhame
  • 14 Mart 2024 22:27

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi xalqımızın ən qədim bayramlarından olan Novruz bayramına həsr edilmiş musiqili tədbir keçirib. 

Gununsesi.info xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Novruz bayramının xalqımız üçün müqəddəs bayram olduğunu qeyd edib:

“Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır”. 

Musiqi proqramında Xalq artisti Mənsum İbrahimov və xanəndə Sədəf Budaqovanı Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər.

 

Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri Gülanə Əsgərova, Ləman Əzimova, Rifan Qəhrəmanov və Sərdar Yunusov “Naz eləmə”, “Sarı gəlin”, “Qaytağı”, “Qarabağ yallısı” və digər rəqslərimizi ifa ediblər.

Gununsesi.info