“Vyanada sərhədlərin açılması müzakirə olunacaq” - ERMƏNİSTAN XİN BAŞÇISI

  • By admin
  • 09 Fevral 2022 18:15

“Vyanadakı görüşdə Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması, həmçinin sərhədlərin açılması məsələlərinin müzakirəsini gözləyirik”.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

HTML tutorial

“Antalyada keçiriləcək forumda iştirak məsələsi daha çox İrəvan və Ankaranın xüsusi nümayəndələrinin Vyanada apardıqları danışıqların nəticəsindən asılıdır”,- deyə nazir vurğulayıb.

Qeyd edək ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin növbəti görüşü fevralın 24-də Avstriyanın paytaxtı Vyanada baş tutacaq.

 

 

Gununsesi.info