Vyanda PKK tərəfdarlarından Türkiyənin bayram tədbirinə HÜCUM CƏHDİ – FOTO

  • By admin
  • 30 Oktyabr 2023 11:54

Avstriyanın paytaxtı Vyanada bir araya gələn PKK terror təşkilatı təəssübkeşləri Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təşkil edilən konsertə hücuma cəhd edib. Avstriya polisi PKK-çılara müdaxilə etməyə gecikib. 

Gununsesi.info xəbər verir ki, Türkiyənin Vyanadakı səfirliyi və Vyana Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin ev sahibliyi etdiyi konsert salonuna gedən 20-yə yaxın PKK tərəfdarı Antakya Mədəniyyətlər Xorunun konsertinə hücuma cəhd edib.

Vyana polisi PKK terror təşkilatı və Ermənistanın lehinə şüarlar səsləndirən terror tərəfdarlarına müdaxiləyə gecikib. Konsertin keçirildiyi “Ehrbarr Saal” salonuna girməyə cəhd edən terror təşkilatı tərəfdarları Türkiyə səfriliyinin mühafizə polisi tərəfindən qovulub.

PKK tərəfdarları salondan çıxarıldıqdan  sonra Vyana polisi onları ərazidən uzaqlaşdırmağa çalışıb.

Hadisə zamanı Türkiyənin Vyanadakı səfiri Ozan Ceyhun, Türkiyənin BMT-nin Vyana ofisindəki daimi nümayəndəsi səfir Levent Eler, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) daimi nümayəndəsi səfir Hatun Dəmirər, Vyana baş konsulu Cafer Mert Özmert  və Frankfurt baş konsulu Erdem Tunçerin də salonda olublar.

Gununsesi.info