
Bakıda səfərdə olan Vyetnam Sosialist Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrini ziyarət edib.
Azərbaycan Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, nümayəndə heyətlərinin görüşündə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Sonra Vyetnam nümayəndə heyəti HDQ-nin ərazisi, döyüş gəmiləri dəstəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Hərbi Dənizçilik Fakültəsinin tədris-təminat bazası ilə tanış olublar.
Anar
Gununsesi.info