Vyetnam Prezidenti Suan Fuka istefa etdi

  • By admin
  • 17 Yanvar 2023 17:37

Vyetnamın dövlət başçısı istefa edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, onun rəhbəri olduğu siyasi partiyadan verilən açıqlamada bu istefası ilə təqaüdə çıxdığı bildirilir. Həmçinin partiya nizamnaməsinə və qanunlara uyğun olaraq bu addıma qərar verdiyi açıqlanır.

Fukanın siyasi partiyasının açıqlamasında “Kovid – 19” virusu ilə mübarizədə önəmli uğurlar qazanması, kritik vəzifələrdə çalışmasına vurğu edilir.

Xatırladaq ki, Suan Fuka 2016-2021-ci illər arasında Baş nazir vəzifəsini icra edib.

Fuka Prezident vəzifəsinə 2021-ci ildə başlamışdı.

69 yaşlı siyasətçinin dönəmində Vyetnam 141 ölkənin yer aldığı Dünya İqtisadi Forumu Qlobal Rəqabət İndeksində 77-ci sıradan 67-ci sıraya yüksəlmişdi.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info