Vyetnamda qəza törədən yük avtomobili bazara girib, 5 nəfər ölüb

  • By admin
  • 13 İyun 2020 16:19

Vyetnamın cənubunda yerləşən Daknonq əyalətində yük avtomobilinin bazara girməsi nəticəsində 5 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.

Gununsesi.org “Report”A istinadən xəbər verir ki, hadisə iyunun 13-də səhər saatlarında əyalətin Dakmil rayonunda olub.

Bildirilib ki, iki yük avtomobili ilə toqquşaraq bazarın qarşısında dayanan bir neçə motosikletə dəyib. Zərbənin təsirindən avtomobillər bazarın içərisindəki mağazalara çırpılıb. Nəticədə bazarın içərisində olan 3 nəfər hadisə yerində ölüb. Daha 7 yaralı isə xəstəxanaya aparılıb. Onlardan ikisi ölüb, 5-nin vəziyyət ağır qiymətləndirilir. Ölənlərin hamısı 43-60 yaşlı qadın satıcılar olub.

İlkin məlumata əsasən, avtomobilin təkəri boşaldığından sürücü idarəetməni itirib.

Sürücü tutulub, ondan alkoqol və narkotika ilə bağlı test götürülüb.

Gununsesi.org