Vyetnamda yaşayış binasındakı yanğında 56 nəfər ölüb

  • By ilhame
  • 13 Sentyabr 2023 19:39

Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında baş verən yanğında 56 nəfər ölüb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Vyetnam polisi yanğın nəticəsində 37 nəfərin yaralandığını açıqlayıb.

Bildirilib ki, təxminən 150 nəfərin yaşadığı binada həyatını itirən 56 nəfərdən 39-nun şəxsiyyəti müəyyən edilib.

Polis bina sahibini yanğın təhlükəsizliyi qaydalarını pozub-pozmadığını araşdırmaq üçün saxlayıb.

Gununsesi.info