“Whats App” cərimələndi - MƏBLƏĞ

  • By admin
  • 13 May 2017 10:14

5916a1ada03a7_whatsapp-new

İtaliyanın antiinhisar xidməti “Whats App” məlumat mübadilə xidmətini 3 milyon avro dəyərində cərimələyib.

Gununsesi.info xəbər verir ki, qərar “Facebook” istifadəçilərinin şəxsi məlumatlarının götürülməsi ilə bağlı iki araşdırmanın nəticəsində qəbul edilib.

Ötən ilin oktyabr ayında Məxfi məlumatların qorunmasına nəzarət üzrə Avropa tənzimləyicisi “Facebook” istifadəçilərinin şəxsi məlumatlarının “Whats App”a ötürülməsi ilə bağlı narahatlığını bildirmiş və bununla bağlı araşdırmalara başlanılmışdı.

Qeyd edək ki, “Facebook” 2016-cı ilin 16 oktyabrında “Whats App”-ın alınması ilə bağlı 19 milyard dollarlıq müqavilə imzaladığını açıqlamışdı.

Gununsesi.info