
Dünyanın ən geniş yayılmış ani mesajlaşma xidməti olan “WhatsApp” daha bir neçə telefona verdiyi dəstəyini geri çəkir.
Gununsesi.info-nun məlumatına görə, bir ay sonra bəzi köhnə modellərdə xidmət işləməyəcək.
Məhdudiyyətlərə bir ay qalmış “WhatsApp” əməkdaşlığı dayandırdığı markaların adlarını da açıqlayıb.
İyul ayına kimi “WhatsApp”dan məhrum olacaq modellər aşağıdakılardır:
-BlackBerry 10
-BlackBerry OS
-Nokia S60
-Nokia S40
-Android 2.0
-iOS 7.0
Qeyd edək ki, ilin əvəllində – yanvar ayaında Android 2.O və bəzi köhnə proqram sistemi olan “iPhone”larda da “WhatsApp”ın işi dayandırılmışdı.
Gununsesi.info