WhatsApp bu telefonları dəstəkləməyəcək

WhatsApp mobil tətbiqetməsi 2020-ci ildən etibarən Windows Phone və iOS 8 istifadə edən telefonları dəstəkləməyəcək.

Gununsesi.org məlumat verir ki,  aktiv şəkildə istifadə edilməyən əməliyyat sistemi 2020-ci ilin 1 yanvarında dəstəyin kəsilməsilə tarixə qarışacaq.

WhatsApp ilə bağlı digər iddiada isə qeyd olunur ki, 1 fevral, 2020-ci ildən etibarən mobil tətbiqetmə iOS 8 əməliyyat sistemini də dəstəkləməyəcək. Köhnə nəsil əməliyyat sistemlərindən olan iOS 8 bu qərardan sonra WhatsApp istifadəsində problemlə qarşılaşacaq.

Həm Windows Phone, həm iOS 8 istifadəçiləri bu tarixlərdən sonra da WhatsApp istifadə edə biləcəklər. Ancaq hesablarını yenidən təsdiqləmə imkanları olmayacaq.

Gununsesi.org