“WhatsApp” istifadə edənlər diqqət! - bu tarixdən sonra qadağan ediləcək

  • By admin
  • 06 Dekabr 2019 10:05

“WhatsApp” istifadəçilər üçün yeni bir dəyişiklik edir.

Gununsesi.org xəbər verir ki, “WhatsApp” vasitəsilə göndərilən toplu mesajların sui-istifadə edilməsinə görə 7 dekabrdan etibarən bu xüsusiyyət qadağan ediləcək. “WhatsApp” reklam şirkətlərinin istifadəçiləri toplu mesajlarla narahat etdiyi üçün bu dəyişikliyi edir.

Şirkət həmçinin xidmət şərtlərini pozan istifadəçilərə qanuni tədbir görəcəyini də bildirib.

Gununsesi.org