
Məşhur “WhatsApp” messencerində statusları təkrar yayımlamağa imkan verən yeni funksiya olacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.
Mütəxəssislər bildiriblər ki, “WhatsApp” istifadəçinin qeyd olunduğu statusu sizin hesabınıza köçürə biləcək.
Məqalədə deyilir: “İstifadəçilərin qeyd olunduğu status yeniləmələrini yenidən paylaşmaq üçün yeni funksiya vaxta qənaət edir və məzmunun paylaşılmasını asanlaşdırır”.
İstifadəçilərə qeyd olunduqları statusları təkrarlamağa imkan verəcək yeni seçim hazırlanıb və gələcək yeniləmədə gələcək. Bu funksiya Android cihaz istifadəçiləri üçün əlçatan olacaq.
İlhamə
Gununsesi.info