“WhatsApp”da yeni funksiya: Artıq mətnləri dəyişmək olacaq

  • By admin
  • 17 Aprel 2023 14:08

“WhatsApp” messencerində yeni funksiyanı sınaqdan keçirilir.

Gununsesi.info xəbər verir ki, yeni funksiya sahəsində artıq istifadəçilər mesajı digər istifadəçilərə yönləndirilərkən mətni dəyişdirmək mümkün olacaq.

Bildirilir ki, funksiya artıq “Android” telefonların beta versiyasında istifadə edilir. Funksiya sənədlər, şəkillər, videolar göndərilərkən işləyəcək. İstifadəçi orijinal mesajın mətnini silə və yerinə yenisini yaza biləcək.

Qeyd edək ki, “WhatsApp”, həmçinin istifadəçilərə qrup çatlarında qalma müddətini təyin etməyə imkan verəcək yeni funksiyanı sınaqdan keçirir.

Gununsesi.info